Yaxın vaxtlarda “Vejnəli” qızıl yatağında hasilata başlanılacaq

Bakı, 14 yanvar, AZƏRTAC

Zəngilan rayonunun “Vejnəli” qızıl və filiz ehtiyatlarının öyrənilməsi başa çatmaq üzrədir. “Vejnəli” qızıl yatağında hasilata yaxın zamanlarda başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.

Zəngilan rayonu ərazisində yerləşən və tərkibində qızıl olan bu yatağın kvars-qızıl-sulfid tərkibli geoloji-sənaye tipli quyulara aid olduğunu deyən deputat qeyd edib ki, yataqda 25 qızıl tərkibli kvars quyusu zonası tədqiq edilib, 14, 15, 16, 19, 21 və 24 zonaları üçün C+C2 kateqoriyaları üzrə ehtiyatlar hesablanıb. “Veynəli” yatağı 1959-1962-ci illərdə kəşf edilib, geoloji kəşfiyyat işləri 1962-1971, 1976-1981 və 1983-1984-cü illərdə həyata keçirilib.

Yataq 1984-cü ildə Resurslar üzrə Komissiya tərəfindən qeydiyyata alınıb və Azərbaycan Respublikasının dövlət mineral resurslar balansına daxil edilib. Təsdiq edilmiş ehtiyatlar: C1 kateqoriyasına aid filizlər – 183 min ton, qızıl 2 169 ton, C2 kateqoriyasına aid filiz – 433 min ton, qızıl 4 347 ton; C1 kateqoriyasına aid gümüş – 0,19 ton; C2 kateqoriyasına aid gümüş – 9,9 ton; C1 kateqoriyasına aid mis – 9,2 min ton, C2 kateqoriyasına aid mis – 2800 ton.

Xatırladaq ki, Ermənistan biznesmenləri və onların bir sıra xarici tərəfdaşları faktiki olaraq 1992-2020-ci illərdə Azərbaycanın işğal edilmiş ərazilərindəki filiz yataqlarını qanunsuz olaraq talan ediblər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Cəlilabadda sahibsiz itlər üçün sığınacaq tikiləcək

SONRAKI XƏBƏR

Vüsal Qasımlı: Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni sosial-iqtisadi inkişaf strategiyası həyata keçiriləcək