Novak: Böhrana görə, Rusiya günahkar deyil!

Novak: Böhrana görə, Rusiya günahkar deyil!

Avropadakı enerji böhranında nə “Qazprom”, nə də Rusiya günahkardır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

“Burada sözsüz ki, “Qazprom” və Rusiyanın heç bir günahı yoxdur. Uzun qış yeraltı anbarlardakı qaz ehtiyatını çölə çıxardı”, - deyə Novak bildirib.

Rusiya rəsmisi əlavə edib ki, iqtisadiyyat bərpa olunmağa başlayıb və ABŞ, Qətər kimi ölkələrdən maye qaz Asiyaya göndərilməyə başlayıb.

 

Mənbə: axar.az