Ermənistanda ət növbəti dəfə bahalaşıb

Ermənistanda 2022-ci ilin ilk bahalaşma dalğası baş verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media yazıb. Bildirilir ki, qiymət artımı ən çox əhalinin istehlak etdiyi ət və ət məhsullarında müşahidı edilir.

 Ermənistanda donuz ətinin qiyməti qalxaraq 4000 dramı keçib. Hazırda əhalinin ən çox istehlak etdiyi donuz ətinin bir kiloqramı 4000 dramdan 4100 drama , nisbətən ucuz olan donuz budu isə 3300 dramdan 3800 drama qədər bahalaşıb. Maraqlıdır ki, ötən ilin yanvar-noyabr aylarında Ermənistanda donuz əti istehsalı 8,7 faiz artmışdı-,"Joğovurd" nəşri yazıb.

Saytlar bazarlardakı qiymətləri araşdıraraq eyni zamanda mal ətinin də bahalaşdığını yazıblar.

- Yumşaq mal ətinin kiloqramı 4400, qiymə 3000 , qoyun ətinin bir kiloqramı isə 4000 dramı keçib. Digər tərəfdən, qoyun əti istehsalı xeyli azalıb. Ötən ilin yanvar-noyabr aylarında qoyun əti istehsalının həcmi 11,4 faiz aşağı düşüb. Mütəxəssislərin fikrincə, məhz bu səbəbdən quzu ətinin baha qiymətə satışı davam edir-,məqalə müəllifi qeyd edib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda bir neçə dəfə bahalaşma müşahidə edilib. Ətin qiyməti isə son bir ildə bir neçə dəfə artıb. Bəzi ekspertlər bunu əvvəllər işğalda saxladıqlar Azərbaycan torpaqlarındakı otlaqların əldən çıxması ilə əlaqələndirirlər.

Tural Tağıyev
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Sevda Yahyayevanın maşını qarlı havada yolda qaldı - VİDEO

SONRAKI XƏBƏR

Kirayə evdən son mənzilə - ANIM