Aşqabadda TAPI və TAP layihələri müzakirə ediləcək

Aşqabadda TAPI və TAP layihələri müzakirə ediləcək

Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Maulvi Əmir Xan Mottaki nümayəndə heyəti ilə Türkmənistana səfər edib.

AZƏRTAC yerli KİV-ə istinadən xəbər verir ki, Aşqabadda görüş zamanı nümayəndə heyəti ölkənin rəsmiləri ilə ikitərəfli ticarət, enerji, dəmir yolu sahələrində əməkdaşlıq, TAPI və TAP layihələrinin icrası və digər mövzuları müzakirə edəcək.

Qeyd edək ki, TAPI ilə yanaşı, TAP-500 adlanan digər layihə Əfqanıstandan keçməklə Türkmənistandan Pakistana elektrik enerjisinin nəqlini nəzərdə tutur.

İlahə Əhmədova

Mənbə: azertag.az