İspaniya və Portuqaliya distant iş üçün ən yaxşı ölkələrdir

İspaniya və Portuqaliya distant iş üçün ən yaxşı ölkələrdir

Amerikanın “Kayak” onlayn turizm agentliyi və metaaxtarış sistemi 111 ölkəyə aid məlumatların təhlili əsasında distant işçilərin harada daha yaxşı fəaliyyət göstərmələrini müəyyən edib.

AZƏRTAC xəbər verir ki, reytinqdə birinci yeri Portuqaliya, ikinci yeri İspaniya tutub. Liderlər üçlüyünü Rumıniya qapayıb.

Ekspertlər İspaniyada “Wi-Fi”ın əlçatan olduğu restoran və kafelərin böyük seçimini, yüksək sürətli internet və çoxsaylı kovorkinqləri (müştərək işlər) mövcud olmasını qeyd ediblər. Bundan başqa İspaniya bir müddətdən bəri distant işçilərə sərbəst şəkildə viza verir.

Reytinqin tərtibatında, həmçinin dolanışıq xərcləri, tibbi yardımın keyfiyyəti, köçmək üçün tələb olunan xərclər, sosial dəstək, hava şəraiti və digər parametrlər də nəzərə alınıb.

Nigar Cəfərli

Mənbə: azertag.az