Meksikada COVID-19-a rekord sayda yoluxma müşahidə edilib

Meksikada COVID-19-a rekord sayda yoluxma müşahidə edilib

Meksikada COVID-19 pandemiyasının dördüncü dalğası qeydə alınıb.

AZƏRTAC Meksika Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə sutka ərzində COVID-19 virusuna 43.523 yeni yoluxma və 148 ölüm halı müəyyən edilib.

Panamerika Səhiyyə Təşkilatının direktoru Karissa Etyenin sözlərinə görə, Meksika sutkalıq yoluxmaların sayında rekord vurur.

Meksikada COVID-19-a yoluxanların ümumi sayı 4.257.000 nəfər, ölüm hallarının sayı 300 mindən artıq təşkil edir.

Milli Əczaçı Sahibkarlar İttifaqının məlumatına görə, 2022-ci ilin ilk iki həftəsi ərzində yoluxmaların sayının çoxalması ilə COVID-19 virusunu müəyyən etmək məqsədilə apteklərdə aparılan testlərə tələbat təqribən 50 faiz artıb.

Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, ölkənin 126 milyon nəfərdən yuxarı əhalisinin 57,8 faizi tam vaksinlənmə sxemini keçib.

Nigar Cəfərli

Mənbə: azertag.az