İspaniya 2022-ci ildə turizm axınını tamamilə bərpa etməyi planlaşdırır

İspaniya 2022-ci ildə turizm axınını tamamilə bərpa etməyi planlaşdırır

İspaniyanın turizm sektoru COVID-19 pandemiyasının əmələ gətirdiyi təxminən iki illik böhrandan sonra tədricən bərpa olunur.

AZƏRTAC xəbər verir ki, 2021-ci il İspaniyanın turizm sənayesi üçün ümidverici bərpa dövrü olub. Bu proses koronavirusun “omikron” ştamı səbəbindən qismən ləngiyib.

“Exceltur” İspaniya Turizm Peşəkarları Federasiyasının məlumatına görə, 2021-ci ildə İspaniyada turizm sektorunun gəlirlərinin həcmi 88,5 milyon avro təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 42,8 faiz aşağıdır. Beləliklə, 2021-ci ildə İspaniya iqtisadiyyatında turizmin çəkisi 7,4 faizə bərabər olub.

İspaniya pandemiyaya qədər olan göstəricilərə 2022-ci ildə tamamilə qayıtmağı ümid edir.

İspaniyanın turizm naziri Mariya Reyes Marotonun sözlərinə görə, turizm sənayesinin bərpasında hərəkətverici qüvvə İspaniyanın təbiət və turizm baxımdan görməli yerləri, həmçinin ölkədə yüksək vaksinlənmə səviyyəsidir (əhalinin 80,4 faizi).

İspaniyanın əsas rəqibi olan Türkiyə turistlərin sayına görə son illər ərzində ilk dəfə olaraq, 2021-ci ildə onu geridə qoyub.

Mənbə: azertag.az