Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb

Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə ötən il 153 min şəxsə e-qaydada sosial sığorta nömrəsi (SSN) və fərdi hesab açılıb.

Bu barədə "Report" Nazirliyə istinadən xəbər verir.

İki il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada e-sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik SSN də açılır.

Bununla işçinin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirak etmək, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.

Ümumilikdə ötən dövrdə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb.

Mənbə: report.az