Azərbaycanın qeyri-neft ixracı 870 milyon dollar artıb

Azərbaycanın qeyri-neft ixracı 870 milyon dollar artıb

Ötən il Azərbaycanın qeyri-neft ixracı 2020-ci illə müqayisədə 870 milyon dollar artaraq 2,7 milyard dollar təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, 2021-ci il üçün meyvə-tərəvəzin qeyri-neft ixracında xüsusi çəkisi 630,4 milyon dollar təşkil edib.


Göstərilən dövrdə qara metalların ixracı 2 dəfə, pambıq ipliyin ixracı 3,1 dəfə, şəkərin ixracı 19,2 faiz, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, pambıq lifinin ixracı 58,3 faiz, alüminium və məmulatların ixracı 66,2 faiz artıb.

Azərbaycanın qeyri-neft məhsullarının ən böyük idxalçıları Rusiya, Türkiyə, İsveçrə və Gürcüstandır.

Bizim.Media

Mənbə: bizim.media