Balakənli fermerlər 293 ton quru tütün istehsal ediblər

Balakənli fermerlər 293 ton quru tütün istehsal ediblər

Balakən, 16 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Ötən il Balakən rayonunun təsərrüfatlarında 293 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 255,2 tonu indiyədək istehsalçılar tərəfindən tədarük müəssisələrinə satılıb və hazırda proses davam edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Bildirilib ki, ötən il rayonun təsərrüfatlarında 300 hektarda tütün əkilib. Torpaq mülkiyyətçiləri 170 hektar sahədə “Virciniya botaniki”, 130 hektarda isə yerli “İmmuniy” növlü tütün sortları yetişdiriblər.

Qurum rəsmisinin sözlərinə görə, yaxın günlərdə təsərrüfatlarda builki mövsümdə sahələrə əkiləcək tütün şitillərinin yetişdirilməsi üçün sadə istixanaların hazırlanmasına başlanılacaq.

Mənbə: azertag.az