Bu tarixdən Şuşa və Ağdama marşrut açılır - VİDEO

Bu tarixdən  Şuşa və Ağdama marşrut açılır - VİDEO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən əldə olunan məlumata görə nəzərdə tutulan marşrut xəttləri bunlardır Bakı – Şuşa – Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bakı – Ağdam – Bakı, Bərdə – Ağdam – Bərdə
Başlanğıc məntəqəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksindən götürülən Bakı – Şuşa – Bakı marşrutunun təyinat məntəqəsi Şuşa köhnə avtovağzalı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli maşrutunun başlanğic məntəqəsi Füzuli rayonunun Əhmədbəyli kəndi təyinat məntəqəsi Şuşa köhnə avtovağzalı, Bakı – Ağdam – Bakı marşrutunun başlanğıc məntəqəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksi təyinat məntəqəsi Ağdam şəhəri və nəhayət başlanğıcı Bərdə avtovağzalından başlanan Bərdə – Ağdam – Bərdə marşrutunun təyinat məntəqəsi Ağdam şəhəri olacaq.

İşğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən vətəndaşlarımızdan bir neçəsinin fikrini öyrəndik.

Hazırda daşiyicilarin müəyyən olunması üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair aidiyyəti qurumlar tərəfindən hazırlıq işləri də aparılıb.

Qeyd edək ki, azad olunan torpaqlara ilk marşrut xətti hələ 2020-ci ilin yanvar ayında Cocuq Mərcanlıya açılıb.

Mənbə: www.realtv.az