Çinin paytaxtına gələn şəxslərdən COVID-19 ilə bağlı test vermək tələb olunacaq

Bakı. Trend:

Pekin hakimiyyəti yanvarın 22-dən etibarən bütün şəxslərdən Çinin paytaxtına gələndən 72 saat ərzində COVID-19 ilə bağlı testdən keçməyi tələb edəcək.

Trend-in məlumatına görə, bu barədə "CGTN" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, bu tədbirlər martın sonuna qədər davam etməlidir.

Telekanal bildirib ki, eyni zamanda, bundan əvvəl hakimiyyət paytaxta gələn şəxslərdən gəlməmişdən əvvəl 48 saat ərzində edilən koronavirus ilə bağlı neqativ "PCR" testi və xəstəliyin olmaması ilə bağlı xüsusi kod tələb ediblər.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Diqqət: Yeni növ dələduzluq növü aşkarlanıb

SONRAKI XƏBƏR

Şadlıq sarayında işləyən xadimə mahnısı ilə hər kəsi valeh etdi – VİDEO