Rusiya tankeri bir həftədən çoxdur Gürcüstan sahillərində ilişib qalıb

Yanvarın 7-dən Gürcüstanın ərazi sularında olan Rusiya Federasiyası bayrağı altında üzən tanker fırtına səbəbindən Batumi buxtasını tərk edə bilmir.

“2022-ci il yanvarın 7-də Rusiya Federasiyasının bayrağı altında üzən SGV-Flot (IMO 8033089) gəmisi Batumi limanının sularında lövbər salıb. Tankerdə 13 ekipaj üzvü var”, - deyə Gürcüstanın İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyindən bildirilib.

Qeyd olunub ki, fırtınaya düşən və güclü dalğaların təsirilə sahilə doğru atılan gəmi tədricən dənizə doğru dönərək lövbər salmağa nail olub. Lakin tanker hələ də Gürcüstanın ərazi sularını tərk etməyib.

Mənbə: “Radio Sputnik”

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Litvanın XİN rəhbəri Bağdada səfər edib

SONRAKI XƏBƏR

COVID-dən ölmə ehtimalını azaldan səbəb tapıldı