Serbiya ötən il 3,9 milyard avro xarici investisiya cəlb edib

Serbiya 2021-ci ildə 3,9 milyard avro (4,4 milyard dollar) birbaşa xarici investisiya cəlb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Serbiyanın Baş naziri Ana Brnabiç deyib.

O bildirib ki, keçən il ölkənin Zrenyanin, İndyiya, Baçka Topola, Belqrad, Aleksinaç və Subotika şəhərlərində zavodlar açan xarici sərmayəçilərin ümumilikdə 12 min 490 nəfəri işlə təmin ediblər.

Qeyd edək ki, Serbiya 2020-ci ildə 2,9 milyard avro xarici investisiya cəlb edib və Qərbi Balkan ölkələrində xarici investisiyaların 63 faizi bu ölkəyə yatırılmışdı.

Nihad Budaqov

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Putinin "yeni modeli": bu ərazilərə nəzarət tələb edir!

SONRAKI XƏBƏR

“Washington Post”: Qarabağ müharibəsində payı olan TB2-lər Ukrayna üçün ilhamvericidir