Bu nazirliklərdə yoxlamalar aparılacaq

Bu nazirliklərdə yoxlamalar aparılacaq

Hesablama Palatası tərəfindən 2022-ci ildə Mədəniyyət Nazirliyində və Gənclər və İdman Nazirliyində audit aparılacaq.

Bu barədə Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, 2021-ci ilin 24 dekabr tarixində Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti tədbirlərini, eləcə də cari fəaliyyətini əhatə edən 2022-ci il üçün İş Planı təsdiq edilib və cari ildə Mədəniyyət Nazirliyində və Gənclər və İdman Nazirliyində audit aparılması nəzərdə tutulur.

Mənbə: pravda.az