Polşa və Ukraynanın qaz operatorları birgə məsləhətləşmələrə başlayıblar

Polşanın “Gaz-System” qaz operatoru Ukraynanın “GTS” operatoru ilə birlikdə ölkələr arasında sərhəddə ötürmə qabiliyyətinin artırılması layihəsi üzrə məsləhətləşmələrə başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Gaz-System” qaz operatoru məlumat yayıb.

Bu layihə üçün təklif ötən ilin yayında aparılan bazar tələbinin qiymətləndirilməsindən sonra hazırlanıb.

Bildirilir ki, müzakirəyə hazırlanan sənəddə qaz tutumlarının artırılması layihəsinin təsviri, xüsusilə texniki həllər, ilkin dəyəri, şərtləri, təklif səviyyəsi, o cümlədən 2023-cü ilin iyul ayında keçiriləcək illik hərrac zamanı güclərə çıxış və iştirak şərtləri əksini tapıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Belqradda etirazçılar referendumun nəticələrinin ləğvini tələb edirlər

SONRAKI XƏBƏR

Qadına qarşı həyata keçirilən soyğunçuluq təhlükəsizlik kameralarına düşdü – ANBAAN VİDEO