Yutubda ən çox qazananlar onlardır - Siyahı

2021-ci ildə Yutubda ən çox qazanan istifadəçilərin adına aydınlıq gəlib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, "Forbes"in hazırladığı siyahı ilə müəyyənləşib.

Siyahıya məzmun istehsalçısı "MrBeast" başçılıq edir. 88,3 milyon izləyicisi olan yutuber ötən il ərzində 54 milyon dollar qazanıb. 2021-ci ildə onun videolarına iki milyardan çox baxış olub.

"MrBeast" əyləncəli videolarında təsadüfi insanlara pullar və hədiyyələr verməsi ilə tanınır. O, bu yaxınlarda "Squid Game"in setini quraraq burada yarışmalar keçirir. Təkcə bu yarışmalarla bağlı videolar 204 milyon dəfə izlənilib və böyük marağa səbəb olub.

İkinci sırada isə Jake Pauldur.

Yutubda 20,4 milyon abunəçisi olan Paul, boks və vlog videoları ilə tanınır. O, ötən il ərzində 45 milyon dollar qazanıb.

31,5 milyon abunəsi olan "Markiplier" isə əyləncəli oyun və parodiya xarakterli videolar paylaşır. O, bunun sayəsində ötən il ərzində 38 milyon dollar qazanıb.

Siyahıda digər sıralama aşağıdakı kimidir:

Rhett and Link - 30 milyon dollar
Unspeakable - 28.5 milyon dollar
Like Nastya - 28 milyon dollar
Ryan's World - 27 milyon dollar
Dude Perfect - 20 milyon dollar
Logan Paul - 18 milyon dollar
Preston Arsement - 16 milyon dollar

Milli.az

ƏVVƏLKİ XƏBƏR

"Zirə"nin Antalyada növbəti məşqi - Şəkillər

SONRAKI XƏBƏR

“Omikron”a görə koronavirus testinin götürülmə üsulu dəyişə bilər