Ötən il Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Ötən il Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

"2021-ci ildə Azərbaycana 791 783 nəfər əcnəbi gəlib”. AzVision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkəyə gələnlərin sayında 2020-ci illə müqayisədə 0,5 faiz azalma var.
"Azərbaycana gələnlər əsasən Rusiya, Ukrayna, Türkiyə, İran və Gürcüstandan olan vətəndaşlardır. Hazırda ölkəyə 131 500 nəfər əcnəbi giriş edib", - deyə o əlavə edib.

Aytən Zəhra
 

Mənbə: azvision.az