Bu il ölkədə nə qədər hektar ərazidə əkiləcək pambığın göstəricisi açıqlanıb

Bu il ölkədə 100 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Bərdə rayonunda keçirilmiş “Pambıq əkini üçün dondurma şumunun və aratın əhəmiyyəti” mövzusunda tarla seminarında qeyd edilib.

Seminarda pambıq əkiləcək sahələrdə şum və arat işlərinin müvafiq olaraq yanvar və fevral ayının birinci ongünlüyünə qədər yekunlaşmasının əhəmiyyətini nəzərə alaraq bu məsələlərin daim diqqətdə saxlanılması və suvarma suyu ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyi qeyd olunub.

Tədbirdə kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun nümayəndələri, Bərdə, Yevlax, Tərtər rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıq emalı müəssisələrinin təmsilçiləri və fermerlər iştirak ediblər.

Tədbirin sonunda fermer Musa Quliyevin pambıq əkini üçün hazırlanan sahəsində fermerlərin və müşavirə iştirakçılarının iştirakı ilə şum və arat işlərinin aparılması nümayiş etdirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb və fermerlərin sualları cavablandırılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanda COVID-19-a yoluxmaların yarısı “Omikron”nun payına düşür

SONRAKI XƏBƏR

Qazi adından sui-istifadə halları artıb