Ruslar Türkiyədən kütləvi şəkildə ev alır

Rusiya vətəndaşları ötən il Türkiyədə təxminən 5,4 min mənzil və həyət evi alıb ki, bu da 2020-ci illə müqayisədə 75% çoxdur.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutunun məlumatında deyilir.

Məlumata görə, ruslar Türkiyədə ən çox ev alan əcnəbilər arasında üçüncü yerdədilər. Mənzillər əsasən Antalya, Alanya və Mərsin kimi kurort yerlərindən alınır.

Ekspertlərin sözlərinə görə, ruslar ötən ilin sonunda türk lirəsinin əhəmiyyətli dərəcədə ucuzlaşmasından istifadə ediblər.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ"ın məşqçisi "Marsel"in oyununu stadiondan izləyib

SONRAKI XƏBƏR

Ermənistan Türkiyə ilə münasibətlərdə HƏVƏSLİDİR: Paşinyana qarşı sui-qəsd cəhdləri OLA BİLƏR