Ermənistan iqtisadiyyatında “qara buludlar”

Ermənistan iqtisadiyyatında “qara buludlar”

Paralel.az xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan istefa verəcək. Bu barədə “İravunk” qəzeti yazır: “Onun baş nazir Nikol Paşinyana “zarafatları” artıq gülməli deyil. Paşinyanın narazılığı ondan irəli gəlir ki, səs-küylü bəyanatlar fonunda Kerobyanın apardığı işlərin səmərəliliyi sıfıra bərabərdir.
2021-ci ildə ikirəqəmli iqtisadi artım olmasa, istefaya gedəcəyini vəd etdiyini daim xatırladıb, ilin sonunda isə əhaliyə psixoloji təsir göstərmək üçün belə bir açıqlama verdiyini etiraf edib. Bu cür şərtlər Kerobyanı “qəhrəman” çıxışla təmin edəcək, o, sözünü tutacaq və ikirəqəmli artım olmadığı halda gedəcək “.
Nigar

Mənbə: paralel.az