Əcnəbilərin Qarabağa səfəri nəzərdə tutulmayıb

Əcnəbilərin Qarabağa səfəri nəzərdə tutulmayıb

Əslən azərbaycanlı olan xarici ölkə vətəndaşlarıın ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərə səfərlərdə iştirakı nəzərdə tutulmayıb. AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. Onun sözlərinə görə, bu və digər məsələlər növbəti mərhələlərdə nəzərə alınacaq:

"Bu gün üçün biz bu səfərlərdə ölkə vətəndaşlarımızın ziyarət məqsədilə Qarabağa gedişini təşkil etməyə çalışırıq. Azərbaycan vətəndaşlığından imtina edən xarici ölkə vətəndaşlığını qəbul edən soydaşlarımızın hazırda səfərlərdən yararlanması nəzərdə tutulmayıb. Lakin bir müddət sonra bu və digər yaranan suallar da öz həllini tapacaq".

Aytən Zəhra
 

Mənbə: azvision.az