Ağdam və Şuşaya səfər: biletlər bu cür alınır

Ağdam və Şuşaya səfər: biletlər bu cür alınır

Bir şəxs başqası üçün rahat şəkildə bilet ala bilər.

Axar.az xəbər verir ki, bunu Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bilet alınan zaman kimin üçün alınacaqsa, onun məlumatları daxil edilməlidir:

“Burada ödəniş zamanı bank kartı ilə bağlı məhdudiyyət yoxdur. İstənilən şəxsin bank kartı ilə ödəniş edilə bilər. Lakin heç kəs biletini başqasına verə bilməz. Bilet üzərindəki QR kod vasitəsilə oxunur və avtobusa daxil olan zaman şəkli yoxlanılaraq səfərdə iştirakı təmin edilir”.

Mənbə: axar.az