Mərakeş dəniz yatağından qaz hasil etməyi planlaşdırır

Mərakeş dəniz yatağından qaz hasil etməyi planlaşdırır

 

Rabat, 19 yanvar, AZƏRTAC

Mərakeş Krallığı bu yaxınlarda kəşf olunan dəniz yatağından 2024-cü ilə qədər qaz hasil etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli karbohidrogenlər və faydalı qazıntılar idarəsinin Baş direktoru Amina Benxadra bildirib. Qazın hasil olunması 2024-cü ildə Laraş liman şəhərində yerləşən Liksus dəniz kəşfiyyat sahəsində planlaşdırılıb.

A.Benxadranın sözlərinə görə, kəşf olunan qaz Kuneytra və Moxammediya stansiyalarının qidalanması üçün elektrik enerjisinin istehsalına yönəldiləcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

Mənbə: azertag.az