Müştəriyə səhvən kimyəvi məhlul verən restorana 9,4 milyon dollarlıq cəza

ABŞ-ın Tennessi əyalətində 8 il əvvəl müştərisinə su yerinə kimyəvi məhlul verən restoran rəhbərliyinə 9,4 milyon dollar təzminat cəzası verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Uilyam Kronnon adlı müştəriyə kimyəvi məhlulla dolu bir bardaq servis edilib.

Bu səbəbdən "Cracker Barrel"ə əvvəlcə 4,4 milyon, daha sonra isə əlavə olaraq 5 milyon dollar cəza verilib. Restoran rəhbərliyi isə qərara etiraz edərək 8 il əvvəl baş vermiş hadisəni "gözlənilməz bədbəxtlik" adlandırıb.

Xatırladaq ki, Kronnon 2014-cü ilin aprelində səhvən masasına gətirilmiş kimyəvi məhlulu içdikdən sonra qida borusunda daxili fiziki zədələnmə meydana çıxıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

İmişlidə qanunsuz narkotik satışına görə axtarışda olan qadın saxlanılıb

SONRAKI XƏBƏR

Daşnaklar Türkiyə ilə münasibətlərin normallaşması prosesini pozmaq istəyir