İspaniyada gənclərə ayda 250 avro veriləcək

İspaniyada gənclərə ayda 250 avro veriləcək

İspaniya hökuməti aztəminatlı gənclərə kirayə haqqını ödəmək üçün ayda 250 avro verəcək.

Axar.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Məlumata görə, buna səbəb kirayə haqqını ödəyə bilməyib valideynləri ilə yaşayan gənclərin sayının çoxalmasıdır. Hazırda İspaniya Avropada valideynləri ilə yaşayan gənclərin sayına görə liderdir.

35 yaşa qədər və illik gəliri 24,318 avrodan aşağı olan ispan iki il müddətinə aylıq mənzil kirayəsi subsidiyasına müraciət edə biləcək.

 

Mənbə: axar.az