Tokioda neftin qiyməti 2014-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb

Tokio, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Yaponiyanın paytaxtı Tokioda neftin qiyməti 2014-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb.

AZƏRTAC Tokio Əmtəə Birjasında keçirilən hərraclara istinadla xəbər verir ki, neftin bir kilolitrinin (6,289 barel) qiyməti 60 min yen (524 dollar) həddinə qalxıb. Bildirilir ki, neftin qiymətinin artması ABŞ və Yaponiya da daxil olmaqla bütün dünyada biznes mühitinin davamlı şəkildə yaxşılaşması ilə əlaqələndirilir.

Həmçinin buna əlavə təsir kimi, Sakit okeanın cənubunda yerləşən Tonqa ada dövlətində sualtı vulkanın püskürməsi göstərilir. Vulkan nəticəsində əmələ gələn üzən pemzaların Avstraliyadan gələn təbii sıxılmış qazla dolu tankerlərin hərəkətinə maneə yaradacağı gözlənilir. Bunun nəticəsində yaranacaq yanacaq tələbatının neft və neft məhsullarına ehtiyacı artıracağı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Sökülməsi nəzərdə tutulan binalarda mənzillər niyə ucuzlaşmır? - AÇIQLAMA

SONRAKI XƏBƏR

Azərbaycanda ötən il yük və sərnişin daşımaları artıb