Azərbaycanda ötən il yük və sərnişin daşımaları artıb

Ötən il Azərbaycanda yükdaşımalar əvvəlki illə müqayisədə 2,8%, sərnişin daşınmaları isə 3,1% artıb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 193,9 mln. ton yük daşınıb.

Yüklərin 2,8%-i dəniz, 7,8%-i dəmir yolu, 0,3%-i hava, 58%-i avtomobil nəqliyyatı, 31,1%-i isə boru kəməri ilə daşınıb.

Qeyd olunur ki, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,6% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,4% təşkil edib.
“2021-ci ildə nəqliyyatçılar 1214,2 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 92,2%-i avtomobil nəqliyyatı, 7,4%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb”, - məlumatda deyilir.
 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Türkiyə prezidentindən terrorla mübarizəyə dair yeni qərar

SONRAKI XƏBƏR

Bakını bombalamağa gələn təyyarə Qusarın Qazmalar kəndində vuruldu – SENSASİON AÇIQLAMA