Ötən il Azərbaycanda hasil edilən və nəql olunan neft-qazın həcmi AÇIQLANDI

Ötən il Azərbaycanda hasil edilən və nəql olunan neft-qazın həcmi AÇIQLANDI

Azərbaycanda 2021-ci ildə 34 milyon 580,7 min ton xam neft, 43 milyard 863,5 milyon kubmetr təbii qaz hasil edilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, xam neft hasilatı əvvəlki dövrlə müqayisədə sabit qalsa da, təbii qaz hasilatı 19,5 faiz artıb.

Bu dövr ərzində ölkədə 34 milyon 512,8 min ton əmtəəlik neft, 32 milyard 573,8 milyon kubmetr əmtəəlik qaz hasil edilib. Əmtəəlik neft hasilatı 0,1 faiz, əmtəəlik qaz hasilatı 25 faiz artıb.

Magistral neft kəmərləri ilə 35 milyon 18 min ton neft nəql edilib. Nəqletmənin 75,5 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və il ərzində bu kəmər vasitəsilə 26 milyon 421,5 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 3 milyon 598,4 min ton tranzit nefti də nəql edilib.

Magistral qaz kəmərləri ilə 35 milyard 108,8 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilə nisbətən 18,6 faiz artım müşahidə olunub.

Qazın nəqlinin 50,2 faizi və ya 17 milyard 618 milyon kubmetr Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Mənbə: www.oxu.az