Hindistan beynəlxalq reyslərə tətbiq edilən qadağanın müddətini uzadıb

Hindistan beynəlxalq reyslərə tətbiq edilən qadağanın müddətini uzadıb

Hindistanın Mülki Aviasiya Baş İdarəsi müntəzəm beynəlxalq sərnişin uçuşlarına tətbiq edilən qadağanın müddətini bu il fevralın 28-dək uzadıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, qadağa idarənin icazə verdiyi beynəlxalq reyslərə və yük təyyarələrinə şamil edilmir.

Xatırladaq ki, COVID-19-a yoluxma sayında dünyada ikinci yeri tutan Hindistanda beynəlxalq və daxili sərnişin aviareyslərinə tətbiq edilən qadağa 2020-ci ilin mart ayından etibarən qüvvədədir.

Mənbə: report.az