"Səfərlərdə sərnişinləri bələdçi, könüllü, polis müşayiət edəcək" - Xidmət rəisi

"Səfərlərdə sərnişinləri bələdçi, könüllü, polis müşayiət edəcək" -  Xidmət rəisi

"Ağdam və Şuşaya gedəcək avtobuslarda sərnişin və sürücülərdən əlavə 3 nəfər də olacaq. Bunlar bələdçi, könüllü, polis əməkdaşlarıdır". AzVision.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

Xidmət rəisi bildirib ki, onlar müxtəlif məntəqlərdən daxil olacaqlar: "Sərnişinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində addımlar atılır. Sürüclərimizin ANAMA-nın təlimlərində iştirak edib. Avtobusda ANAMA-nın videoları yayımlanacaq. Sərnişinlərdən xahiş edirəm ki, təlimatları yerinə yetirsinlər".

A.Rzayev əlavə edib ki, səfər çərçivəsində 18 yaşdan yuxarı vətəndaşlara bilet satılması nəzərdə tutulub: "İlkin mərhələdə tələbatın yüksək olmasını nəzərə almışıq. Təlabatın pik həddi keçəndən sonra digər qərarlar veriləcək".

Aytən Zəhra

 

Mənbə: azvision.az