Antiinflyasiya tədbirləri gücləndirilir - VİDEO

Antiinflyasiya tədbirləri gücləndirilir - VİDEO

Azərbaycan öz daxili istehsalını artırmaqla, ölkə iqtisadiyyatına investisiya cəlbini genişləndirməklə qlobal iflyasiya dalğasına qarşı mübarizə apara bilər. İqtisadçı ekspert Elşad Məmmədovun fikrincə, bu istiqamətdə hökumətin qarşıya qoyduğu məqsədlər yaxın aylarda inflayisyanın müvaqfiq çərçivədə saxlanmasına imkan verəcək.

Hazırkı qlobal iqtisadi proseslər fonunda hökumətin prioritetlərindən biri də ərzaq təhlükəsiliyinə nail olmaq, ixracdan asılılığı minimuma endirməkdir. Bu çərçivədə bölgələrdə istehsal zəncirinin qurulması həm əhalinin ərzaq tələbatını yerli istehsal hesabına ödəməyə imkan verəcək, həm də ixrac imkanlarını genişləndirməklə ölkəyə valyuta gəlişini sürətləndirəcək.

Qeyd edək ki, dünən Baş nazir Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi, qiymət artımına həsr olunmuş müşavirə keçirilib. müşavirədə diqqətə çatdırılıb ki, çevik və kompleks anti-inflyasiya proqramı qısamüddətli dövrdə inflyasiya amillərini nəzarətdə saxlamağa imkan verə bilər. Bu məqsədlə aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini Hökumətə təqdim etmələri tapşırılıb.

Mənbə: www.realtv.az