Mikayıl Cabbarov: "Qeyri-neft sektorundan aksiz vergisi daxilolmaları 25% artıb"

2021-ci ildə Azərbaycanda qeyri-neft sektorundan daxilolmalar əlavə dəyər vergisi (ƏDV) üzrə 17%, aksiz vergisi üzrə 25%, mənfəət vergisi üzrə isə 16,3% artıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazri Mikayıl Cabbarov bildirib.

"Qeyri-neft sektorunda vergi daxilolmalarının ən yüksək artım templəri ictimai iaşədə 84,1%, pərakəndə ticarətdə 53,7%, sənayedə 29,3% və xidmət sektorunda 19,7% müşahidə olunub", - deyə o, qeyd edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Hindistan S-400-lər yerləşdirir – Pakistandan cavab

SONRAKI XƏBƏR

Məşhur futbolçular "Qarabağ"a qarşı oynaya bilər