Bitkoinin qiyməti 40 min ABŞ dollarından aşağı düşüb

Bitkoinin qiyməti 40 min ABŞ dollarından aşağı düşüb

Bitkoinin qiyməti 39,073 ABŞ dollarına düşüb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, kriptovalyutanın qiymətinin düşməsi ABŞ-ın pul-kredit siyasətinin sərtləşdirilməsi öncəsi müşahidə olunan spekulyativ investisiyalar fonunda baş verir.

Agentliyin məlumatına görə, noyabrın əvvəlindən indiyədək rəqəmsal tokenlərin qiyməti ümumilikdə, 1 trilyon ABŞ dolları azalıb.

Mənbə: report.az