Energetika naziri onlayn formatda vətəndaşlarla görüşüb

Xüsusi karantin rejimi müddətində vətəndaşların qəbulu qaydalarına uyğun olaraq, energetika naziri Pərviz Şahbazov onlayn formatda vətəndaşları qəbul edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qurumun aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2022-ci il üzrə vətəndaş qəbulu qrafiki artıq nazirliyin saytında yerləşdirilib. Eyni zamanda, vətəndaşlar müraciətlərini “974” Çağrı Mərkəzi, 598-16-55 “qaynar xətt”i, [email protected] elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

AMEA-da təcili müşavirə keçirilib, Kərim Şükürovun istefası qəbul olunmayıb

SONRAKI XƏBƏR

Ramin Məmmədov: “Cənubi Qafqazda gedən proseslərlə bağlı gündəliyi məhz Azərbaycan müəyyənləşdirir”