Azərbaycanda satınalmalar portalına dair səlahiyyətli qurumlar müəyyənləşib

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanununun tətbiq edilməsi barədə 29 yanvar 2002-ci il tarixli fərmanında dəyişiklik edib.

“Report” xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, dövlət satınalmalarının vahid internet portalına elektron informasiya ehtiyatlarının inteqrasiya olunması ilə bağlı qurumlar müəyyənləşib.

Bunlar İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankıdır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda maşından telefon və 1200 manatı belə oğurlandı - ANBAAN VİDEO

SONRAKI XƏBƏR

Sevil-Sevinc bacılarının arxiv videoları YAYILDI - Hər kəs ŞOKA DÜŞDÜ - VİDEO