Bolqarıstanın energetika naziri Azərbaycana gələcək

Bolqarıstanın energetika naziri Azərbaycana gələcək

Bolqarıstanın energetika naziri Aleksandr Nikolov fevral ayında Azərbaycana səfər edəcək.

Trend-ə bu barədə diplomatik mənbələrdən məlumat veriblər.

Nazir Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak edəcək.

"Bolqarıstan nümayəndə heyətinə energetika naziri Aleksandr Nikolov başçılıq edəcək", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlayıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının birinci iclası 2015-ci il fevralın 12-də, ikinci iclası 2016-cı il fevralın 29-da, üçüncü iclası 2017-ci il fevralın 23-də, dördüncü iclası 2018-ci il fevralın 15-də, beşinci iclası 2019-cu il fevralın 20-də, altıncı iclası 2020-ci il fevralın 28-də, yeddinci iclası 2021-ci il fevralın 11-də keçirilib.

Mənbə: az.trend.az