Faiq Orucov: “Büdcəyə daxilolmaların həcmi 4,3 milyard dollar olub”

Faiq Orucov: “Büdcəyə daxilolmaların həcmi 4,3 milyard dollar olub”

2021-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmi 4 342 969 200 dollar olub.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin şöbə rəisi Faiq Orucov məlumat verib.

O bildirib ki, gömrük ödənişləri proqnoza qarşı 111,4 faiz icra olunub:

“İl ərzində gömrük rüsumu üzrə 1 205 507 400 dollar, ƏDV üzrə 2 930 723 400 manat, aksizlər üzrə 163 115 700 manat, yol vergisi üzrə 43 622 600 manat vəsait büdcəyə cəlb edilib.

İl ərzində gömrük rüsumu üzrə daxilolmalar proqnoza qarşı 107 faiz, ƏDV üzrə daxilolmalar 126,9 faiz, yol vergisi üzrə daxilolmalar 109,1 faiz icra olunub. Yeganə aksizlər üzrə daxilolmalar proqnozdan az olub və 96 faiz icra edilib”.

Nigar Məmmədova

Mənbə: www.oxu.az