"Azərsu" 2 milyon manatlıq nasos aqreqatları alır

"Azərsu" ASC balansında olan subartezian quyularının istismarı üçün nasos aqreqatlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Hinal Group" MMC-dir.

Qalib şirkətə 2,094 milyon manat ödəniləcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Faiq Orucov: “Büdcəyə daxilolmaların həcmi 4,3 milyard dollar olub”

SONRAKI XƏBƏR

Ötən il məhkəmələrdən prokurorluq orqanlarına qaytarılan cinayət işinin sayı açıqlanıb