Orxan Məmmədov: "Sahibkarlara xidməti pasportların verilməsi dövlət qarşısında qaldırıla bilər"

Orxan Məmmədov: "Sahibkarlara xidməti pasportların verilməsi dövlət qarşısında qaldırıla bilər"

Sahibkarlara xidməti pasportların verilməsi dövlət qarşısında qaldırıla bilər.

"Report" xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara xidməti pasportların verilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, xidməti pasportların verilməsi Xarici İşlər Nazirliyinin səlahiyyətindədir: "Bu məsələ dövlət qarşısında qaldırıla bilər. Lakin xidməti pasportun hansı imtiyazlara malik olmasına baxmaq lazımdır. Ümumiyyətlə, bu məsələ Azərbaycan Respublikasının qanuni ilə tənzimlənir".

Mənbə: report.az