Ukraynaya gedən Azərbaycan turistlərinin sayı açıqlanıb

Ukraynaya gedən Azərbaycan turistlərinin sayı açıqlanıb

2021-ci ildə Ukraynaya Azərbaycandan 48 min turist səfər edib.

Trend bu barədə Ukraynanın Turizmin İnkişafı üzrə Dövlət Agentliyinə istinadən məlumat verir.

Agentliyin məlumatına əsasən, ötən il ərzində Ukraynaya 4,2 milyondan çox turist səfər edib ki, bu da 2020-ci illə müqayisədə 26,3 faiz çoxdur.

Hesabat dövründə Ukraynaya Moldovadan 1,05 milyon nəfər, Rusiyadan 519 min nəfər, Polşadan 311 min nəfər səfər edib.

 

Eyni zamanda ötən il 14,7 milyon Ukrayna vətəndaşı xarici ölkələrə səfər edib. Bu müddət ərzində 4,49 milyon ukraynalı Polşaya, 2,05 milyon nəfər Türkiyəyə, 1,72 milyon nəfər Macarıstana gedib.

Mənbə: az.trend.az