Elektrik enerjisinin kəsilməsi səbəbindən Daşkənd metrosunun fəaliyyəti dayanıb

Bakı, 25 yanvar, AZƏRTAC

Özbəkistan paytaxtının bir çox rayonunda elektrik enerjisinin kəsilməsi səbəbindən Daşkənd metrosunda qatarların bütün istiqamətlər üzrə hərəkəti dayanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Daşkənd Metropoliteni mətbuat xidmətinin məlumatına görə, nasazlıq aradan qaldırıldıqdan sonra metro müntəzəm qrafik üzrə sərnişinlərə xidmətini davam etdirəcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Özbəkistanla yanaşı, Qazaxısan və Qırğızıstanda da elektrik enerjisi verilişinin kütləvi kəsilməsi halları baş verib. Bu üç ölkə vahid elektrik şəbəkəsinə qoşuludur.

Qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya-Ukrayna savaşı BAŞLASA, Zəngəzura hərbi müdaxilə reallaşa bilərmi?

SONRAKI XƏBƏR

Erməni nazir katibəsi ilə evləndi, ölkə qarışdı