Qarabağda 80 min hektar sahədə zərərli orqanizmlərə qarşı mübarizə aparılıb

Qarabağda 80 min hektar sahədə zərərli orqanizmlərə qarşı mübarizə aparılıb

Indiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 80,1 min hektar sahədə zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri görülüb.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Mirzə Əliyev məlumat verib.

O bu barədə ötən ilin yekunlarına və bu il nəzərdə tutulmuş işlərə həsr olunmuş onlayn formatda görüşdə danışıb. Görüşdə AXA-nın rəhbərliyi ilə yanaşı, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və əməkdaşları, tabeli və yerli qurumların nümayəndələri iştirak edib.

Mənbə: report.az