“Ferrum Kapital” QSC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilib

 

Bakı, 25 yanvar, AZƏRTACYanvarın 25-də Bakı Fond Birjasında (BFB) “Ferrum Kapital” QSC-nin kapital bazarlarında istiqraz buraxılışını qeyd etmək məqsədilə “Açılış Zəngi” mərasimi keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, 5 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Açılış mərasimində emitent olaraq “Ferrum Kapital” QSC-nin icraçı direktoru Arif Əliyev, birja üzvü və anderrayter tərəfindən “Unicapital İnvestisiya Şirkəti” ASC-nin baş menecer müavini Tələt Kalayev, BFB-nin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, “Ferrum Kapital” QSC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını deyib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Qrup imtahanı adlanan əcaib sistem, təhsildə DİM SƏDDİ - “40 manata sınaq olar?

SONRAKI XƏBƏR

Qarlı-şaxtalı hava taxıl sahələrində gəmiricilərin azalmasına səbəb olub