Səfər Mehdiyev: DGK-nin Akademiyası BMT-nin 3 qlobal təşəbbüsünə qoşulmuş yeganə Azərbaycan ali təhsil müəssisəsidir

Səfər Mehdiyev: DGK-nin Akademiyası BMT-nin 3 qlobal təşəbbüsünə qoşulmuş yeganə Azərbaycan ali təhsil müəssisəsidir

Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyası BMT-nin hər 3 qlobal təşəbbüsünə qoşulmuş yeganə Azərbaycan ali təhsil müəssisəsidir.

"Report" xəbər verir ki, bu barədə DGK sədri Səfər Mehdiyev tviterdəki hesabında yazıb.

“Dövlət Gömrük Komitəsinin Akademiyası BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə hər 3 qlobal təşəbbüsünə - Qlobal Sazişə, Məsuliyyətli Menecment Təhsilinin Prinsiplərinə və “Akademik Təsir” proqramına qoşulmuş yeganə Azərbaycan ali təhsil müəssisəsidir”, - Dövlət Komitəsinin sədri qeyd edib.

Mənbə: report.az