Parklanma tarifləri müəyyənləşdiriləcək

Parklanma tarifləri müəyyənləşdiriləcək

Paralel.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, hökumət parklanma yerləri ilə əlaqədar tariflərin müəyyənləşdirilməsi üçün müvafiq sənəd üzərində iş aparır.

Agentliyin məlumatına görə,tariflərin paytaxt Bakı, eləcə də digər şəhər və rayonlar üzrə parklanma yerindən asılı olaraq müəyyən edilməsi nəzərdən keçirilir.

Məlumatda bildirilib ki, parklanma yerlərində qiymətlərin müəyyən edilməsi üçün BNA tərəfindən beynəlxalq təcrübəyə əsaslanan konsepsiya hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.
Akif Nəsirli

Mənbə: paralel.az