AKİA: "Aqroturizmin inkişafı ilə bağlı əməkdaşlığı davam etdirəcəyik"

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) aqroturizmin inkişafı üçün Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosu (ATB) i ilə əməkdaşlığı davam etdirəcək.

"Report" xəbər verirk i, bunu Agentliyin sədr müavini Leyla Məmmədova Avrasiya Tərəfdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “Agri-Vision” layihəsi çərçivəsində təşkil olunmuş “Aqro-Turizm İnvestisiya Forumu”unda bildirib.

"Hazırda bizim Avropa İttifaqı ilə icrası davam edən 3-cü layihəmiz Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı aqroərzaq sistemlərinin inkişaf etdirilməsini nəzərdə tutur. ATB-nin texniki dəstəyi ilə bu layihə çərçivəsində biz 3 aqroturizm biznesi müəyyən etmişik və onlara xüsusi qrant ayrılacaq. Gələcəkdə ayrılacaq məbləğ hesabına seçilən obyektlərə avadanlıqların verilməsinə dəstək göstəriləcək. Bununla bağlı DTA və ATB ilə əlaqədəyik, bu il də əməkdaşlığımız olacaq", - deyə o, qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, "Agro-vision" layihəsində iştirak edən xanımların bilik və bacarıqlarının artırılması istiqamətində aqrar turizm fəaliyyəti üzrə milli ekspertlər layihəyə cəlb edilib və xüsusi təlim proqramları təşkil edilib: "Bu təlimlər İsmayıllı, Qax, Zaqatala və Balakən rayonlarında keçirilib, marşurutların müəyyənləşdirilməsi, turistlərin yerləşdirilməsi, yeməklərin hazırlanması, gigiyena tələbləri, məhsulların satışı, yaşayış evlərinin qonaq evlərinə çevrilməsi və s. kimi istiqamətləri əhatə edib".

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Beşiktaş"ın baş məşqçisi: "Qarabağ" "Marsel"i keçsə, çox məmnun olaram"

SONRAKI XƏBƏR

“Tesla”nın xalis mənfəəti 8 dəfəyədək artıb