Yardımlıda sənaye məhsulu istehsalı 4 dəfədən çox artıb

Yardımlıda sənaye məhsulu istehsalı 4 dəfədən çox artıb

 

Yardımlı, 27 yanvar, Bağır Əliyev, AZƏRTAC

Ötən il Yardımlı rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 6 milyon 386,7 min manatlıq və ya əvvəlki illə müqayisədə 4,1 dəfə çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonda sənaye sahəsi üzrə məhsul buraxılışı və xidmətlərin həcmi dövlət sektorunda 1 milyon 306,8 min manat olmaqla 19 faiz, qeyri-dövlət sektorunda isə 5 milyon 79,9 min manat olmaqla 81 faiz təşkil edib.

Sənaye məhsulunun 79,5 faizi emal sektorunda, 15,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 5,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

2020-ci illə müqayisədə emal sənayesi sektorunda istehsal və xidmətlərin həcmi 20,4 dəfə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 99,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 105,0 faiz olub.

Mənbə: azertag.az