Azad edilmiş ərazilərin 35 faizi teleradioyayımla əhatə olunub – Nazir müavini

Azad edilmiş ərazilərin 35 faizi teleradioyayımla əhatə olunub – Nazir müavini

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanın azad edilmiş ərazilərinin 35 faizi teleradioyayımla əhatə olunub.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsində prioritetlər” adlı tədbirdə çıxışı zamanı deyib.

"Azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturu və rabitənin təmin olunması ilə bağlı müvafiq işlər aparılır. Azad edilmiş ərazilərin 35 faizi teleradioyayımla əhatə olunub. İl ərzində həmin ərazilərdə teleradioyayımın tam bərpası planlaşdırılır", - deyə o bildirib.

 

Onun sözlərinə görə, azad edilmiş ərazilərin 72 faizi 2G, 40 faizi 3G, 50 faizdən çoxu isə 4G şəbəkəsi ilə təmin edilib, 1 400 kilometr fiberoptik xətt çəkilib.

(Tərcümə: Orxan Nəbiyev)

Mənbə: az.trend.az