Aİ aqroturizmin inkişafı sahəsində təcrübəsini Azərbaycanla bölüşür - Peter Mixalko

Aİ aqroturizmin inkişafı sahəsində təcrübəsini Azərbaycanla bölüşür - Peter Mixalko

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) aqroturizmin inkişafı sahəsində təcrübəsini Azərbaycanla bölüşür.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Aqro-Turizm investisiya forumunda deyib.

Onun sözlərinə görə, dünyada aqroturizmin populyarlığı artır.

Aqroturizmin daha çox inkişaf etdiyi Aİ ölkələrində son 10 ildə bu sahədə xidmətlərə tələbat 60 faiz artıb.

"Məhz aqroturizm Azərbaycanın kənd regionlarının inkişafına kömək edə bilər. Bu, orada yaşayan gəncləri işə cəlb etməyə imkan yaradacaq. Biz Azərbaycanda aqroturizmin inkişaf potensialı barədə daha çox məlumat əldə edə bilmələri üçün azərbaycanlı həmkarlarımızla öz təcrübələrimizi bölüşürük", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Mənbə: az.trend.az